16–18 oktyabr 2026-cı il tarixlərində Lənkəran şəhərində B-Med şirkətinin təşkilatçılığı və kardioloq-aritmoloq Dr. Günay Rəhimovanın rəhbərliyi ilə Elektrokardioqrafiya (EKQ) kursu keçirilib. Təlimdə Azərbaycanın müxtəlif regionlarından olan 70-dən çox kardioloq və terapevt iştirak edib.
Kursun əsas məqsədi tibb mütəxəssislərinin elektrokardioqrafiya üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, EKQ nəticələrinin düzgün qiymətləndirilməsi və əldə olunan biliklərin gündəlik klinik praktikada tətbiqinə dəstək göstərilməsi olub. B-Med şirkəti tibb mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə, elmi yeniliklərin paylaşılmasına və peşəkar əlaqələrin inkişafına dəstək verir. Şirkət yerli mütəxəssislərlə yanaşı, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən elmi tədbirlərə də dəstək göstərərək Azərbaycan tibb ictimaiyyətinin beynəlxalq elmi mühitlə əlaqələrinin inkişafına töhfə verir.