Haqqımızda

Haqqımızda

B-Med MMC 2018-ci ildə fəaliyyətə başlamış və qısa müddət ərzində Azərbaycanın aparıcı əczaçılıq şirkətlərindən birinə çevrilmişdir. Şirkət beynəlxalq istehsalçıların yüksək keyfiyyətli dərman preparatlarını, tibbi vasitələri, tibbi sərf materiallarını, dermatokosmetoloji məhsulları və tibbi avadanlıqları Azərbaycan səhiyyə bazarına təqdim edir. Fəaliyyətinə ortopedik məhsulların təchizatı ilə başlayan B-Med MMC bu gün müxtəlif tibbi ixtisaslar üzrə innovativ dərman preparatlarının marketinqi və satışını həyata keçirir. Şirkətin fəaliyyət istiqamətləri arasında endokrinologiya, kardiologiya, nefrologiya, pediatriya, dermatologiya, nevrologiya və digər tibbi sahələr xüsusi yer tutur. B-Med MMC səhiyyə sektorunda baş verən elmi və texnoloji yenilikləri daim izləyərək dünya standartlarına uyğun yeni nəsil məhsulların Azərbaycan bazarında əlçatan olmasına töhfə verir. Şirkət məhsul portfelinin formalaşdırılmasında keyfiyyət, effektivlik və etibarlılıq prinsiplərini əsas götürür.

Şirkətin fəaliyyətində həkimlərin peşəkar məlumatlılıq səviyyəsinin artırılması da mühüm istiqamətlərdən biridir. B-Med MMC müasir tibbi yeniliklərin, yeni müalicə yanaşmalarının və beynəlxalq təcrübənin tibb ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif elmi-praktik konfranslar, dəyirmi masalar, seminarlar, toplantılar və digər peşəkar tədbirlər təşkil edir və dəstəkləyir.

Bu məqsədlə B-Med MMC müxtəlif tibbi ixtisaslar üzrə fəaliyyət göstərən tibbi cəmiyyətlər, assosiasiyalar, elmi qurumlar və digər səhiyyə təşkilatları ilə sıx əməkdaşlıq edir. Şirkət bu əməkdaşlıqlar çərçivəsində tibb mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə, elmi yeniliklərin paylaşılmasına və peşəkar əlaqələrin inkişafına dəstək verir. Yerli mütəxəssislərlə yanaşı, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən elmi tədbirlərə dəstək göstərərək Azərbaycan tibb ictimaiyyətinin beynəlxalq elmi mühitlə əlaqələrinin inkişafına töhfə verir.

Son illərdə B-Med MMC-nin əsas strategiyalarından biri Onkoloji dərmanların distribusiyasını həyata keçirməkdir. Bmed MMC-nin Onkoloji preparatlarının satışı və marketinqini Smart Pharma şirkəti həyata keçirir.

B-Med MMC məhsul portfelini davamlı olaraq genişləndirir, səhiyyə sektorunun dəyişən tələblərinə uyğunlaşır və fəaliyyətində keyfiyyət, peşəkarlıq, etibarlılıq və məsuliyyət prinsiplərini rəhbər tutur. Məqsədimiz beynəlxalq standartlara cavab verən innovativ dərman preparatlarını və müasir tibbi həlləri Azərbaycan səhiyyəsinə qazandırmaq, həkimlər üçün etibarlı tərəfdaş olmaq və səhiyyə sisteminin inkişafına töhfə verməkdir.

Direktor
Natiq Kərimov

{lang_partnyorlarimiz}

{lang_keyfiyyet}

{lang_keyfiyyet_text}

Şirkətimiz ISO 9001:2015 və ISO 45001:2018 keyfiyyət standartları üzrə həm Yerli Akkreditasiya həm Beynəlxalq Akkreditasiyadan keçmişdir.

{lang_missiyamiz}

{lang_missiya-metni}

{lang_vizyonumuz}

{lang_vizyon-metni}

{lang_deyerlerimiz}

  • {lang_musterimerkezlilik}

  • {lang_durustluk}

  • {lang_yenilikci-olmaq}

  • {lang_kollektivcilik}