B-Med şirkəti CPHI Milan 2026 beynəlxalq sərgisində təmsil olunub

B-Med şirkəti CPHI Milan 2026 beynəlxalq sərgisində təmsil olunub

B-Med şirkəti CPHI Milan 2026 beynəlxalq sərgisində təmsil olunub

6–8 oktyabr 2026-cı il tarixlərində İtaliyanın Milan şəhərində keçirilən CPHI Milan 2026 beynəlxalq əczaçılıq sərgisində B-Med şirkətinin direktoru Natiq Kərimov və xarici əlaqələr üzrə direktor müavini Turan Məmmədov iştirak ediblər. Beynəlxalq əczaçılıq sənayesinin mühüm görüş platformalarından biri olan CPHI Milan dərman istehsalı, təchizat və distribusiya sahələrində fəaliyyət göstərən şirkətləri bir araya gətirir.
Sərgi çərçivəsində B-Med nümayəndələri əczaçılıq bazarındakı yeniliklərlə tanış olub, beynəlxalq şirkətlərlə işgüzar əlaqələrin inkişafı və yeni əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində görüşlər üçün imkan əldə ediblər.
B-Med şirkəti beynəlxalq təcrübədən faydalanaraq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsini və Azərbaycanda dərman vasitələrinin təchizatı sahəsində fəaliyyətinin davamlı inkişafını prioritet istiqamətlərdən biri hesab edir.

Add comment

Add comment

yenilə, əgər kod görünmürsə