B-Med Uşaq Sığınacağında

B-Med Uşaq Sığınacağında

B-Med Uşaq Sığınacağında

31 iyul 2026-cı il tarixində B-Med şirkətinin kollektivi uşaq sığınacağını ziyarət etmişdir. Bu ziyarətin əsas məqsədi uşaqlara diqqət və qayğı göstərmək, onlarla xoş anlar paylaşmaq və mənəvi dəstək olmaq idi. Ziyarət çərçivəsində B-Med əməkdaşları uşaqlarla yaxından ünsiyyət qurmuş, onların gündəlik həyatı və maraqları ilə tanış olmuş, birlikdə səmimi və yaddaqalan vaxt keçirmişlər. Uşaqlar üçün yaradılan xoş atmosfer tədbirə xüsusi məna qatmış və günün unudulmaz anlarla yadda qalmasına səbəb olmuşdur. B-Med üçün fəaliyyət yalnız səhiyyə sahəsində müasir və keyfiyyətli həllərin təqdim edilməsi ilə məhdudlaşmır. Şirkət cəmiyyət qarşısında sosial məsuliyyətin əhəmiyyətini yüksək qiymətləndirir və xüsusilə uşaqlara yönəlmiş xeyriyyə və sosial təşəbbüslərdə iştirak etməyi öz koorporativ dəyərlərinin mühüm istiqamətlərindən biri hesab edir.


Add comment

Add comment

yenilə, əgər kod görünmürsə