2026-cı ilin yanvar–iyun ayları ərzində Azərbaycanın kardioloqları üçün Dr.Fuad Səmədovun rəhbərliyi ilə təkmil səviyyəli exokardioqrafiya kursu təşkil edilmişdir. Altı ay davam edən təhsil proqramının əsas məqsədi kardioloqların exokardioqrafiya sahəsində mövcud biliklərini daha da dərinləşdirmək, mürəkkəb klinik halların qiymətləndirilməsi üzrə praktiki bacarıqlarını inkişaf etdirmək və müasir diaqnostik yanaşmaların gündəlik klinik praktikada tətbiqini genişləndirmək olmuşdur.
Kurs çərçivəsində exokardioqrafik müayinənin müasir prinsipləri, ürəyin struktur və funksional göstəricilərinin ətraflı qiymətləndirilməsi, müxtəlif ürək patologiyalarının exokardioqrafik xüsusiyyətləri və mürəkkəb görüntülərin düzgün interpretasiyası üzrə mövzular əhatə olunmuşdur.
Təlim proqramında nəzəri biliklərlə yanaşı praktiki məşğələlərə və real klinik halların təhlilinə xüsusi önəm verilmişdir. İştirakçılar müxtəlif klinik nümunələr üzərində işləyərək əldə olunan exokardioqrafik nəticələrin düzgün qiymətləndirilməsi və klinik qərarvermə prosesində istifadəsi üzrə bacarıqlarını təkmilləşdirmişlər.
Fuad Səmədovun rəhbərliyi ilə keçirilən sessiyalar interaktiv formatda təşkil edilmiş, iştirakçıların sualları və klinik təcrübədən irəli gələn mürəkkəb hallar ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Altı aylıq təkmil səviyyəli exokardioqrafiya kursu Azərbaycanda kardioloqların davamlı tibbi təhsilinin və peşəkar inkişafının dəstəklənməsinə, eyni zamanda müasir exokardioqrafik yanaşmaların klinik praktikada daha geniş tətbiqinə xidmət edən mühüm təhsil layihələrindən biri olmuşdur.